“Napoli”nin ev oyunlarını keçirdiyi “San-Paolo” stadionunun adı dəyişdirilib.
Newsport.az-ın məlumatına görə, bu barədə şəhər rəhbərliyi qərar qəbul edib. Arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərəfinə "Dieqo Armando Maradona" stadionu adlandırılıb.
"Napoli" növbəti ev oyununu dekabrın 13-də İtaliya A Seriyasının 11-ci turu çərçivəsində “Sampdoriya”ya qarşı keçirəcək.
Qeyd edək ki, 1984-91-ci illərdə “Napoli2də oynayan Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib.