Türkiyə Super Liqasında çıxış edən "Kasımpaşa" baş məşqçi İrfan Buzla yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssis təyinatından 14 gün sonra istefa verib.
İrfan Buz noyabrın 13-də baş məşqçi təyin edilmişdi. Onun klubdan ayrılma səbəbi bəlli deyil. "Kasımpaşa" 9 turdan sonra Superliqada 12 xalla 10-cu pillədə qərarlaşıb.