"Bavariya" avrokuboklarda "Atletiko"nun rekordunu təkrarlayıb.
Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisi buna Çempionlar Liqasının qrup mərhələsinin IV turunda evdə Avstriya "Zalsburq"unu 3:1 hesabı ilə məğlub etdiyi görüşdə nail olub.
Münhen təmsilçisi avrokuboklarda ardıcıl 16-cı qələbəsini rəsmiləşdirib. Daha öncə "Atletiko" 2011/12 mövsümündə Avropa Liqasında və UEFA Super Kubokunda ardıcıl 16 qələbə qazanmışdı.