Fransa klubu onun transfer hüququnu aldı

Fransanın “Sent-Etyen” klubu Portuqaliya “Braqa”sından icarəyə götürdüyü yarımmüdafiəçi İvan Neyunun transfer hüquqlarını da alıb.
 
Newsport.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Kamerunlu yarımmüdafiəçi bu ilin iyulunda Fransa təmsilçisi tərəfindən satınalma şərti ilə icarəyə götürülmüşdü. 23 yaşlı futbolçu “Sent-Etyen”lə müddəti 2024-cü ilin yayında bitəcək müqaviləyə imza atıb.
 
Qeyd edək ki, Neyu daha öncə Fransada “Sedan” və “Laval” klublarının uğurları üçün çalışıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right