"Liverpul"un Mbappe planı

"Liverpul" mövsümün sonunda PSJ-dən Kilian Mbappeni heyətinə qatmağa çalışacaq. Bu barədə "The Sunday Times" məlumat yayıb.

Newsport.az-ın məlumatına görə, Mersisayd klubu fransız forvard üçün liderlərindən birindən imtina etməyə də hazırdı. Müqaviləsi 2023-cü ilin yayına qədər olanlar - Sadio Mane, Məhəmməd Salah və ya Riberto Firmino bu keçidin baş tutması üçün komandanı tərk edə bilər. "Liverpul" onlardan birini satıb həm transfer üçün müəyyən məbləğ əldə etmək istəyir, həm də Mbappe üçün heyətdə yer hazırlamağı düşünür.

Kilianın xidmətində "Real" da maraqlıdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right