"PSJ-yə Messi yox, Kante lazımdı"

PSJ-nin sabiq futbolçusu Erik Rabesandratana Paris klubunun Çempionlar Liqasında uğurlu olmaq üçün Nqolo Kanteyə ehtiyacının olduğunu fikirləşir.

Newsport.az-ın məlumatına görə, o, Fransanın Kantenin yeganə qolu ilə Portuqaliya millisini məğlub etdiyi qarşılaşmadan sonra "Blue France"a açıqlamasında bildirib:

"PSJ-nin baş məşqçisi olsaydım, Nqolo Kantenin transferi üçün pul xərcləyərdim. O, möhtəşəm futbolçudu. PSJ-yə Çempionlar Liqasını qazandıra bilər. Messi və ya başqa bir futbolçuya yox, Kanteyə ehtiyacımız var".

Nqolo Kantenin "Çelsi" ilə müqaviləsi 2023-cü ilin yayına qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right