İtaliya millisində ciddi itkilər

İtaliya yığması UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi son oyunlar ərəfəsində daha iki oyunçunun xidmətindən məhrum olub.

Newsport.az xəbər verir ki, müdafiəçi Leonardo Bonuççi ilə yarımmüdafiəçi Roberto Qalyardini sıradan çıxıb. Zədəsi ciddi olan futbolçularyığmanın düşərgəsindən ayrılıblar və son iki oyunda forma geyinməyəcəklər.

Bonuççi və Qalyardinidən öncə Moyze Kin də zədə səbəbindən millinin düşərgəsini tərk etmək məcburiyyətində qalmışdı.

İtaliya yığması UEFA Millətlər Liqasında Polşa, həmçinin Bosniya və Herseqovina ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right