Keynin avtomobili oğurlandı

"Tottenhem"in futbolçusu Harri Keynin avtomobili oğurlanıb.

Newsport.az-ın məlumatına görə, bu barədə "The Sun" nəşri məlumat yayıb. Onun "Range Rover" markalı avtomobilinin qiymətinin 100 min funt sterlinq (111 min avro) olduğu bildirilib. Cinayətkarla elektron cihazdan istifadə edərək maşının qapısını açıblar.

Oğurluq edən şəxsləri tapmağın çətin olacağı bildirilib. Keynin qiymətli əşyalarının maşında olmamasına və bu hadisə nəticəsində özü və ailəsinin xəsarət almamasına sevindiyi vurğulanıb.

Qeyd edək ki, Keyn "Tottenhem"də avtomobili oğurlanan 3-cü futbolçudur. Daha əvvəl Dele Alli və Yan Vertonqen bu hadisə ilə üzləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right