İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu məlum olub.
Newsport.az-ın məlumatına görə, bu, “Tottenhem”in hücumçusu Son Hın Mindir. Cənubi koreyalı futbolçu keçən ay iştirak etdiyi 3 oyunda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Minlə yanaşı bu ada Çe Adams ("Sauthempton"), Konor Kouidi ("Vulverhempton"), Pablo Fornals ("Vest Hem), Cek Qriliş ("Aston villa), Harri Keyn ("Tottenhem"), Tiaqo Silva ("Çelsi") və Kayl Uolker ("Mançester Siti") namizəd idi.