Ronaldo "Yuventus"da qalmaq istəyir

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Turin klubundan ayrılmaq niyyətində deyil.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı hücumçu ən azı müqaviləsinin müddətinin başa çatacağı 2022-ci ilin iyununa kimi A seriyası təmsilçisində qalmaq istəyir. 35 yaşlı oyunçunun klubunun onu satmasının mümkünlüyü ilə bağlı heç nə bilmədiyi vurğulanıb. Ronaldonun "Yuventus"da rahat olduğu, ailəsinin İtaliyada yaxşı işlər gördüyü bildirilib.

Qeyd edək ki, "Mançester Yunayted"in Kriştianonu almaq istədiyi iddia olunur.

Xatırladaq ki, "Yuventus"un Ronaldonu satmaq istədiyi barədə xəbərlər yayılıb





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right