"Milan"ın futbolçusu Zlatan İbrahimoviç karyerasını İtaliyada davam etdirə bilər.
Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı hücumçu klubu ilə bu mövsümün sonu başa çatacaq müqaviləsinin müddətini uzatmaq istəyir. Bildirilib ki, isveçli oyunçu İtaliadakı cari çempionatın nəticələrindən sonra "Milan"nın Çempionlar Liqasında vəsiqə qazanacağına əmindir.
Qeyd edək ki, İbrahimoviç bu mövsüm A seriyasında 5 matçda 8 qol vurub.