“Azərbaycanla oyuna yenilənmiş heyət çıxacaq” - Monteneqrolu qapıçı

“Yoldaşlıq və rəsmi oyunları fərqləndirmirik. Millinin hər bir üzvü üçün qələbə qazanmaq vacibdir. Ümid edirəm ki, Qazaxıstana qarşı müsbət nəticə əldə edəcəyik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Monreneqro millisinin üzvü Daniyel Petkoviç Qazaxıstanla keçiriləcək yoxlama oyun haqda danışarkən deyib.

Fransanın “Anje” klubunun qapıçısı yerli mətbuata açıqlamasında bugünkü sınaq matçının Millətlər Liqasının qarşıdakı oyunları üçün çox vacib olduğunu bildirib: “Düşünürəm ki, ölkə xaricində daha az şans qazanan və daxili çempionatda oynayan futbolçuların Gürcüstanla görüşdə iştirakı yaxşı olar. Təbii ki, Millətlər Liqasında Azərbaycan və Kiprlə matça yenilənmiş və daha hazır heyət çıxacaq”.

Qeyd edək ki, Monteneqro millisi noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Laljak-İviç” stadionunda yığmamızın qonağı olacaq, bundan üç gün sonra isə Kipri qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right