İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandellinin yeni klubu məlum olub.
Newsport.az-ın məlumatına görə, 63 yaşlı mütəxəssis "Fiorentina"nı çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilə müddəti açıqlanmayıb. Prandelli bu vəzifədə Cüzeppe Yakinini əvəzləyib.
İtaliyalı mütəxəssis daha əvvəl 2005-2010-cu illərdə də Florensiya klubunu çalışdırıb.
Qeyd edək ki, Prandellinin son klubu "Cenoa" olub. O, ötən ildən işsiz idi.