Millimizlə oyunu buraxacaq koronavirusa görə

21 yaşadək futbolçulardan ibarət İsveçrə milli komandası ciddi itkiylə üzləşib.

Newsport.az-ın məlumatına görə, yığmanın üzvü Noa Okafor millinin toplanışına qatıla bilməyəcək. Bu barədə yerli futbol assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Okafor çıxış etdiyi “Zalsburq”un (Avstriya) 6 futbolçusunda koronavirus aşkarlandığı üçün karantinə alınıb və ölkəsi İsveçrəyə qayıda bilməyib. 20 yaşlı hücumçu bu səbəbdən Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan və Fransa ilə oyunlarını buraxmalı olacaq.

Qeyd edək ki, İsveçrə millisi noyabrın 12-də Azərbaycan, 17-də isə Fransa ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right