“Avropadakı karyeramı PSJ-də bitirmək istəyirəm” – Di Mariya

PSJ-nin futbolçusu Anhel di Mariya klubdakı gələcəyindən danışıb.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Paris təmsilçisində qalmaq istədiyini deyib:

“Avropadakı karyeramı PSJ-də bitirmək istəyirəm. Amma bu, yalnız məndən asılı eyil. PSJ-də oynadığım üçün çox xoşbəxtəm. Mənə çox yaxşı yanaşan klubdur. Əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, 2015-ci ildən PSJ-də oynayan Anhel di Mariya ötən mövsüm koomandası ilə çıxdığı 41 matçda 12 qol vurub 23 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right