Rusiya Avro-2020-yə ev sahibliyi edə bilər

2021-ci ilə təxirə salıan Avro-2020-nin təşkilini yenidən nəzərdər keçirir.

Newsport.az-ın məlumatına görə, "Le Parisien" nəşri yazıb ki, UEFA turnirin bütün oyunlarının Rusiyada keçirilməsinə qərar verilə bilər. Bu variant turnirin əvvəlcədən planlaşdırıldığı kimi 12 şəhərdə təşkil edilməsinin çətinlikləri səbəbindən nəzərdən keçirilir.

Qeyd olunub ki, koronavirus pandemiyası səbəbindən fərqli ölkələrin və şəhərlərin öz məhdudiyyətləri olacaq. Bundan əlavə, belə bir vəziyyətdə sərhəddən keçid problemli yarana bilər.

Koronavirusun aşağı səviyyədə olduğu Rusiyanın DÇ-2018 üçün qurulmuş infrastrukturu nəzərə alaraq belə bir geniş miqyaslı turnir üçün ideal bir namizəd kimi göründuğu vurğulanıb.

Xatırladaq ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir. “The Sun” və "Le Parisien" nəşrləri koronavirus pandemiyası, həmçinin Dağlıq Qarabağda baş verən hadisələrə görə Avropa çempionatının Bakıdan alınma ehtimalının yüksək olduğunu yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right