"Kriştiano geri qayıtdı" - Ronaldo

"Yuventus”un futbolçusu Kriştiano Ronaldo A Seriyasının 6-cı turunda “Speziya” ilə matçdan (4:1) sonra durumu haqda danışıb.
 

Newsport.az-ın məlumatına görə, koronavirusdan sağaldıqdan sonra ilk oyununa çıxaraq, dubl edən 35 yaşlı hücumçu özünü yaxşı hiss etdiyini deyib:

“Durumum stabildir. Xəstəlik simptomum yoxdur və özümü yaxşı hiss edirəm. Nəticədə bu gün sevdiyim işi görməyə - futbol oynamağa geri qayıtdım. A Seriyası çətin bir çempionatdır. “Milan” möhtəşəm işlər görür. “Latsio” və “Napoli”də yaxşı çıxış edir. Çox sıx işləməliyik. Kriştiano geri qayıtdı. Ən vacibi də budur”.
 
Qeyd edək ki, Ronaldo 2018-ci ildən Turin klubunda çıxış edir. O, bu müddət ərzində iştirak etdiyi 92 rəsmi oyunda 70 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right