"Yuventus" Dibala ilə yenə razılaşmadı

“Yuventus” futbolçusu Paulo Dibala ilə yeni müqavilə imzalamaq üçün razılaşa bilmir.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı hücumçunun meneceri ötən gün Turinə gələrək, klub nümayəndələri ilə danışıqlar aparsa da, o, şəhəri razılıq əldə olunmadan tərk edib. Buna səbəb isə argentinalı oyunçunun “Yuventus”dan illik 15 milyon avro maaş tələb etməsidir. Onun klubda indiki qazancı isə 7, 5 milyon avrodur.

Xatırladaq ki, Dibalanın “Yuventus”la hazırkı müaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right