"Liverpul" Kulibali transferini bitirməyə yaxındı

"Napoli"nin futbolçusu Kalidu Kulibali "Liverpul"a keçməyə yaxındı.

Newsport.az-ın məlumatına görə, bu barədə jurnalist Fabio Santini məlumat verib. O bildirib ki, seneqallı müdafiəçinin xidmətində PSJ, "Mançester Yunayted" və "Mançester Siti" də maraqlıdı, ancaq keçidi həyata keçirməyə ən yaxın tərəf "Liverpul"du. "Qırmızılar" Vircil van Daykın uzun müddətə sıradan çıxmasından sonra bu transferdə israr edir. Premyer Liqa klubu Kulibali üçün qarşı tərəfə 70-75 milyon avro ödəməyə hazırdı. Bu rəqəm isə "Napoli"nin prezidenti Aurelio de Laurentiisi razı salır.

2014-cü ildən Neapol klubunda oynayan Kulibalinin müqaviləsi 2023-cü ilin yayına qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right