Millimizin sabiq üzvü və hazırda Almaniya Regional Liqasında çıxış edən "Viktoriya Berlin"də çıxış edən Pərdis Fərcad-Azad bu gün baş tutan "Germania Halberşdat"la oyunda komandasının ilk qolunun müəllifi olub.
Newsport.az-ın məlumatına görə, Pərdis öz qol sevincini əsgər salamı ilə qeyd edib. Bu fotonu öz "instagram" hesabında sabiq milli üzvü "Azərbaycan var olsun" sözləri ilə paylaşıb.
Qeyd edək ki, bu matçda "Viktoriya Berlin" 2:1 hesabı ilə qalib gəlib.
