"Qalatasaray"dan Azərbaycana dəstək

"Qalatasaray" futbol klubu cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi Superliqanın 3-cü turunda "Fənərbaxça" ilə ev oyununda stadionda pankart nümayiş etdirib. Pankartda "Tək millət, iki dövlət" sözləri yer alıb.
 
Sözügedən pankartın fotosu "Qalatasaray"ın sosial şəbəkə hesablarında "Qardaşlarımızın yanındayıq!" başlığı ilə paylaşılıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right