Madridin "Real" klubuna növbəti şok xəbər Benzemadan gəlib.
Newsport.az-ın məlumatına görə, "kral klubu"nun fransalı hücumçusu tibbi müayinədən uğurlu keçə bilməyib.
Onun "Atletiko" ilə sabahkı oyunu buraxacağı gözlənilir.
Xatırladaq ki, Luka Modriç və Qaret Beylin də iştirak etməməsi dədiqdir. Baş məşqçi onların yerinə İsko , İlyaramendi və Xavyer Ernandesin meydana çıxacağı gözlənilir. Cəzalı Marselonu isə əsas heyətdə Fabio Koentrao əvəz edəcək.