Misli Premyer Liqasının IV turunda "Kəpəz" və "Şamaxı" komandaları arasında Gəncə Şəhər Stadionunda keçirilən oyunda azarkeş sayına görə 2026/27 mövsümünün yeni rekordu qeydə alınıb.
Newsport.az "Kəpəz"in rəsmi saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşmanı 15 min tamaşaçı izləyib.
Xatırladaq ki, cari çempionatda buna qədərki rekord da gəncəli azarkeşlərlə bağlı idi. Avqustun 30-da "Turan Tovuz"la görüşdə tribunalarda 13500 futbol həvəskarı yer almışdı.