De Dzerbidən Rişarlisona ağır zərbə

Braziliyalı hücumçu Rişarlison "Tottenhem"in 2026/27 mövsümü üçün Premyer Liqa iştirak ərizəsindən çıxarılıb.

Newsport.az xəbər verir ki, bu barədə BBC nəşri məlumat yayıb.

Bu qərar Rişarlisonun ən azı iştirak ərizəsində dəyişikliklərin edilə biləcəyi yanvar ayına qədər turnirdə oynaya bilməyəcəyi anlamına gəlir. 29 yaşlı braziliyalı artıq "Tottenhem"in baş məşqçisi Roberto De Dzerbinin planlarına daxil deyil. Bu klub addımla hücumçunu komandanı tərk etməyə sövq etməyə çalışırlar.

Avropanın əksər çempionatlarında "transfer pəncərəsi" artıq bağlandığından, Rişarlison üçün ən real variantlar Türkiyə və Səudiyyə Ərəbistanıdır. Daha əvvəl hücumçu ilə "Trabzonspor"un maraqlandığı barədə məlumatlar yayılmışdı.

Rişarlisonun "Tottenhem"lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir, onun transfer dəyəri isə 25 milyon avro qiymətləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right