Neymar sıradan çıxdı

“Santos”un hücumçusu Neymar tibbi müayinədən keçib.

Newsport.az Braziliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı forvardın sağ bud nahiyəsində zədə aşkarlanıb. Onun əzələsində problem olduğu müəyyənləşib.

Neymar Braziliya kubokunda “Palmeyras”a qarşı keçirilən matç zamanı (0:0) narahatlıq hiss edib. Zədə səbəbindən, o, oyunun ilk hissəsindən sonra meydanı tərk edib.

Braziliyalı futbolçu bu mövsüm “Santos”un heyətində 24 oyunda iştirak edib, 8 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right