“Roma”nın baş məşqçisi Can Pyero Qasperini, yarımmüdafiəçi Manu Konenin yay transfer dövründə “Çelsi”yə keçidinin baş tutmaması haqda danışıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, transfer pəncərəsinin son günündə fransalı futbolçu üçün təklif almadıqlarını bildirib:
“Kone ilə sövdələşmədə mənim heç bir iştirakım yox idi. Transfer pəncərəsinin son günündə Kone üçün heç bir təklif almadıq. Hər halda, sövdələşməni həyata keçirmək üçün vaxt qalmamışdı”.
25 yaşlı yarımmüdafiəçi 2024-cü ilin avqustundan “Roma”da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.