Rahim Sterlinq İtaliya nəhənginin hədəfində

Rahim Sterlinq karyerasını İtaliyanın "Roma" klubunda davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Calciomercato.it" portalı məlumat yayıb.

Bildirilir ki, İtaliyada yay "transfer pəncərəsi"nin sentyabrın 1-də bağlanmasını nəzərə alan "canavarlar" artıq digər klublardan oyunçu transfer edə bilmirlər. Məhz buna görə də Roma təmsilçisi azad agentlər arasında aktiv axtarışlara başlayıb.

Namizədlər arasında Sterlinqin də adı var, lakin onunla müqavilə imzalanması məsələsi oyunçunun kluba irəli sürəcəyi maaş şərtlərindən asılı olacaq.

"Roma" onunla yanaşı, İngiltərə Premyer Liqasının digər keçmiş oyunçusu – fransalı hücumçu Antoni Marsyalla da yaxından maraqlanır.

Xatırladaq ki, Rahim vaxtilə "Liverpul", "Arsenal", "Çelsi" və "Mançester Siti" kimi bir sıra İngiltərə qrantlarında çıxış edib. Xüsusilə, "şəhərlilər"in heyətində karyerasının 7 ilini keçirən 31 yaşlı ingiltərəli vinqer 339 matçda meydana çıxıb, 131 qol və 87 məhsuldar ötürmə ilə yadda qalıb.

O, 2026-cı ilin fevralında Niderlandın "Feyenoord" klubuna keçsə də, orada cəmi yarım il oynayıb və daha sonra azad agent kimi komandanı tərk edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right