"Neftçi" Misli Premyer Liqasının 4-cü turunda qarşılaşacağı “Şəfa” ilə matçın hazırlığı yekunlaşıb.
Newsport.az xəbər verir ki, “ağ-qaralar” “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
Müdafiəçi Elvin Bədəlov cəzalı olduğu üçün bu görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, “Palms Sports Arena”da keçiriləcək “Neftçi” - “Şəfa” matçı bu gün saat 20:30-də başlanacaq.