"Qalatasaray"dan ayrılan futbolçu "Roma"ya keçə bilər

"Qalatasaray"la müqaviləsi başa çatan Vilfrid Zaha karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Roma" Fil Dişi Sahili millisinin sabiq üzvünün xidmətində maraqlıdır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Paytaxt təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini Zahanı komandasında görmək istəyir. "Roma" azad agent statusunda olan 33 yaşlı vingerlə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Vilfrid Zaha 2025-ci ilin yanvarından icarə əsasında "Şarlott"da çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right