Lionel Messinin Argentina millisindən ayrılacağı ilə bağlı qərarından sonra komandanın yeni kapitanının kim olacağı müəyyənləşib.
Newsport.az “The Touchline”-a istinadən xəbər verir ki, milli komandanın kapitan sarğısını “Atletiko”da çıxış edən Kristian Romero daşıyacaq.
39 yaşlı Messi avqustun 31-də Argentina millisindəki karyerasını başa vurmaq qərarına gəldiyini açıqlayıb. O, 2005-ci ildən milli komandada çıxış edib. Hücumçu Argentina yığmasının heyətində keçirdiyi 207 oyunda 125 qola imza atıb.
Romero isə milli komandada debütünü 2021-ci ildə edib. 28 yaşlı müdafiəçi indiyədək Argentina millisinin formasını 58 dəfə geyinib və 4 qol vurub.
Romero avqustun ortalarında “Tottenhem”dən “Atletiko”ya transfer olunub.