Bu gün Misli Premyer Liqasında IV tura start verilib.
Newsport.az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçirilib.
Turun açılış matçında “Qəbələ” azarkeşləri önündə “İmişli”ni qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər görüşdə “Kəpəz” Gəncə şəhər stadionunda “Şamaxı” ilə üz-üzə gəlib. Burada isə qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.
“Sabah” – “Zirə” və “Neftçi” – “Şəfa” oyunları sabah, “Turan Tovuz” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” görüşləri sentyabrın 6-da keçiriləcək.
4 sentyabr (cümə)
Misli Premyer Liqası, 4-cü tur
18:00.“Qəbələ” – “İmişli” - 2:1
Qollar: K.Mabea, 15 (1:0), D.Almeyda, 45+2 (1:1), K.Rossi 66 (2:1)
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Qəbələ şəhər stadionu
20:15.“Kəpəz” – “Şamaxı” 0:2
Qollar: T.Axvlediani, 9, U.Cahangirov, 21
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: Nicat İsmayıllı
AVAR: Teymur Teymurov
Gəncə şəhər stadionu