“Nyukasl”ın müdafiəçisi Luis Holl yaxın vaxtlarda klubundan yeni müqavilə təklifi ala bilər.
Newsport.az “Teamtalk”-a istinadən xəbər verir ki, “sağsağanlar” 21 yaşlı futbolçu ilə yeni və daha uzunmüddətli müqavilə barədə danışıqlara başlamağa hazırlaşır.
“Nyukasl” “Mançester Yunayted”in Holl ilə maraqlanması fonunda onun maaşını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Daha əvvəl “qırmızı şeytanlar”ın 2027-ci ildə ingiltərəli futbolçuya transfer təklifi göndərəcəyi barədə məlumat yayılmışdı.
Müdafiəçi bu mövsüm bütün turnirlər nəzərə alınmaqla 3 matçda iştirak edib.
“Mançester Yunayted” “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən biridir.