Premyer Liqa klubu milli üzvü ilə gücləndi

İngiltərənin “Fulhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Lion “Olimpik”indən Kenni Teteni transfer edib.
 
Bu barədə “Fulhem”in rəsmi saytı məlumat yayıb. Niderland yığmasının da üzvü olan 24 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi olan Kenni yeni komandasında “2” nömrəli formanı geyinəcək.
 
“Ayaks”ın yetirməsi olan Tete, Lion “Olimpik”ində 2017-ci ildən çıxış edirdi. O, Fransa klubunun heyətində meydana çıxdığı 80 oyunda 1 qolla yadda qalıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right