Futbol üzrə Fransa yığmasının və PSJ-nin hücumçusu Kilian Mbappedə koronavirus aşkarlanıb.
Newsport.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə 22 yaşlı hücumçudan götürülmüş analizin nəticəsinin müsbət çıxdığı diqqətə çatdırılıb. Bu səbəbdən Fransa millisinin heyətindən çıxarılan forvard öz evində karantinə alınıb.
PSJ-də daha öncə Mauro İkardi, Markinyos, Keylor Navas, Neymar, Anxel Di Mariya və Leandro Paredesdə də koronavirus aşkarlanmışdı. Fransa yığmasında isə qapıçı Stiv Mandanda koronavirusa yoluxduğu üçün millidən kənarlaşdırılmışdı.