"Yuventus"dan ayrılacağı dəqiqləşdi Pirlo açıqladı

"Yuventus" hücumçusu Qonsalo İquainlə yollarını ayıracaq.

 

Newsport.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Andrea Pirlo məlumat verib: "Qonsalo İquainlə danışdıq. Bizim gələcək planlarımızın bir hissəsi olmayacaq. Onu göndərməyə hazırıq".

 

İquain 2016-cı ildə 94 milyon avro qarşılığında "Napoli"dən "qoca sinyora"ya keçmişdi. 32 yaşlı futbolçu Turin klubunda keçirdiyi 149 oyunda 66 qol vurub, 16 məhsuldar ötürmə edib. Argentinalı hücumçunun müqaviləsinin başa çatmasına 1 il qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right