UEFA Avropa Liqasının finalındakı qələbə qolunun müəllifini dəyişdirdi

Avropa Liqasının final matçının protokolunda dəyişiklik olub. Newsport.az xəbər verir ki, UEFA "Sevilya" ilə "İnter" arasında keçirilən görüşün son qolunun müəllifini dəyişib.

Matçın 74-cü dəqiqəsində La Liqa klubunun futbolçusu Dieqo Karlosun baxımlı zərbəsindən sonra top belçikalı forvardın ayağına dəyərək qapıya daxil olub. Qitə futbol qurumu qolun müəllifi kimi braziliyalı müdafiəçini göstərsə də, sonradan bunu avtoqol kimi qeydə alıb.

Qol epizodda son olaraq ayağı topa toxunan Romelo Lukakunun aktivinə avtoqol kimi qeyd edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right