Avroliqada həftənin oyunçusu adına namizədlər

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər arasında “Sevilya”nın futbolçuları Lük de Yonq, Ever Baneqa, Xesus Navas və Jül Kunde yer alıb. Qalib qurumun saytında  keçirilən səsvermə nəticəsinə seçiləcək.

Qeyd edək ki, “Sevilya” finalda “İnter”i 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Həlledici görüşdə İspaniya təmsilçisinin oynçularından  De Yonq 2 qol vurub, Baneqa və Navas hərəyə 1 qol ötürməsi veriblər. Kundenin isə ötürmələrinin 92 faizi dəqiq alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right