Bu gün UEFA və ona üzv olan 55 milli assosiasiyanın baş katibləri arasında videokonfrans formatında iclas keçirilib.
Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda azarkeşlərin avrokubok matçlarına tədricən qayıdışı məsələsi müzakirə olunub. Azarkeşlərin sentyabrın əvvəlində keçiriləcək Millətlər Liqası matçlarında iştirak etməsinə icazə verməyin hələ tez olduğunu və bunun üçün əvvəlcə test oyunlarının keçirilməsinin vacibliyi vurğulanıb. Ancaq sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək UEFA Superkuboku matçında stadiona az sayda azarkeş buraxıla biləcəyini qeyd olunub.
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa qarşı keçirəcək. UEFA-nın bugünkü qərarına əsasən, bu görüş azarkeşsiz keçiriləcək.