Çempionlar Liqasında "PSJ - "Bavariya" finalı Yenilənib

Bu gün Çempionlar Liqasında ikinci finalçı da müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, yarımfinalın növbəti oyununda Fransanın "Lion" klubu Almaniya çempionu "Bavariya" ilə qarşılaşıb.

Sürpriz şəkildə "Yuventus" və "Mançester Siti"ni mübarizədən kənarlaşdıran "Lion"un güclü "Bavariya"ya necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Oyun Münhen klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0

Beləliklə, "Bavariya" avqustun 23-də keçiriləcək final matçında PSJ ilə qarşılaşacaq.


19 avqust

Çempionlar Liqası

Yarımfinal


“Lion” (Fransa) – “Bavariya” (Almaniya) - 0:3
Qollar:
 Qnabri, 18, 33, Levandovski, 88
Baş hakim: Antonio Mateu Lahos (İspaniya)
Lissabon. “Joze Alvalade” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right