Türkiyəli futbolçunun "Sassuolo"ya keçidi rəsmiləşdi

Almaniyanın "Fortuna" klubunun futbolçusu Kaan Ayhan karyerasını İtaliyada davam etdirəcək.

 

Newsport.az-ın məlumatına görə, A Seriya təmsilçisi "Sassuolo" 2-ci Bundesliqaya düşən klubun futbolçusu ilə 4 illik müqavilə imzalayıb. Bu keçid "yaşıl-qaralar"a 2 milyon avroya başa gəlib. Ayhan yeni klubunda illik 850 min avro maaş alacaq.

 

25 yaşlı müdafiəçi ötən mövsüm Bundesliqada keçirdiyi 31 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib. Türkiyə millisinin üzvü 2016-cı ildə 500 min avroya "Şalke"də Düsseldorf təmsilçisinə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right