"Zirə"dən ayrılan Adrian Skarlatakenin yeni klubu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, rumıniyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. 33 yaşlı müdafiəçi yüksək liqa təmsilçisi "Hermanştadt"a keçib. Təcrübəli futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Skarlatake Azərbaycanda "Xəzər Lənkəran" və "Keşlə" klublarında da çıxış edib.