Emre Belözoğlu karyerasını başa vurdu

Türkiyə millisinin üzvü Emre Belözoğlu karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, “Fənərbaxça"nın hücumçusu Türkiyə Superliqasının 34-cü turunda "Rizəspor"la görüşdə son oyununa çıxıb.

Veteran futbolçu 3:1 hesablı qələbə qazandıqları oyunda penaltini dəqiq yerinə yetirərək son oyununu qolla bitirib. Əmrə bu qarşılaşmadan sonra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Türkiyə millisində 101 oyun keçirilən Emre, "Qalatasaray", "İnter", "Atletiko" və "Başakşəhər"də də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right