"Real"ın hücumçusu "Monako"nun hədəfində

"Real"ın forvardı Luka Yoviç karyerasını Fransada davam etdirə bilər. Newsport.az ESPN nəşrinə istinadən xəbər verir ki, “Monako” serbiyalı oyunçunun xidmətində maraqlıdır.

Məlumata görə, komandanın yeni baş məşqçisi Niko Kovaç Yoviçi heyətində görmək istəyir. 22 yaşlı hücumçunun “Real”dan ayrılması gözlənilir. O, baş məşqçi Zinəddin Zidanın planlarına daxil deyil.

Daha öncə “Milan” və “Napoli”nin də serbiyalı ilə maraqlandığı bildirilirdi.

Qeyd edək ki, Luka “Real” forması ilə 26 oyun keçirib və 2 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right