PSJ ciddi itki ilə üzləşib.
Newsport.az xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Kilian Mbappe sıradan çıxıb. 21 yaşlı hücumçu ötən gün Fransa kubokunun finalında "Sent-Etyen"lə matçın 80-ci dəqiqəsində rəqib komandanın oyunçusu Luka Perrinin müdaxiləsi nəticəsində zədələnib. Fransalı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.
Qeyd edək ki, PSJ "Sent-Etyen"i 1:0 hesabı ilə məğlub etməklə tarixində 12-ci dəfə Fransa kubokunun qalibi olub.