İtaliya A seriyasına vəsiqə qazanan daha bir klub məlum olub.
Newsport.az xəbər verir ki, İtaliya B Seriyasında çıxış edən "Krotone" 36-cı turda səfərdə "Livorno" üzərində 5:1 hesablı qələbə qazanaraq xal hesabını 65-ə çatdırıb. Komanda bu nəticə ilə sona 2 tur qalmış əsas izləyiciləri olan "Spetsiya"nı 8, "Pordonone"ni 9 xal qabaqlayıb. Beləliklə 2-ci yeri tutan "Kronto" növbəti mövsümdən A Seriyasında çıxış etmək hüququ qazanıb.