Özildən "Fənərbaxça"ya rədd cavabı

"Arsenal"ın futbolçusu Məsut Özil "Fənərbaxça"ya keçməkdən imtina edib.

Newsport.az-ın məlumatına görə, İstanbul klubu 31 yaşlı yarımmüdafiəçiyə transfer təklifi göndərsə də, o, bunu müsbət cavablandırmayıb.

Bildirilib ki, Özil müqaviləsinin müddəti başa çatana kimi - 2021-ci ilin iyununa qədər komandadan ayrılmağı düşünmür.

Qeyd edək ki, M.Özil 2013-cü ildən London təmsilçisində oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right