Fransa çempionu PSJ yarımmüdafiəçisi Presnel Kimpembe ilə müqavilənin müddətini uzadıb.
Newsport.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
24 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2024-cü ilin iyununda başa çatacaq.
Qeyd edək ki, PSJ-nin yetirməsi olan fransalı oyunçu 2014-cü ildən əsas komandada oynayır. O, bu mövsüm Fransa çempionatında 16 matçda meydana çıxıb.