"Marsel" kapitanı Dimitri Payetin müqaviləsini uzadıb.
Newsport.az-ın məlumatına görə, Fransa millisinin keçmiş üzvü ilə 2024-cü il iyunun 30-dək sözləşmə bağlanılıb.
33 yaşlı yarımmüdafiəçi 2020/21 mövsümündə qazancının 50 faiz, 2021/22 mövsümündə isə 30 faizindən imtina edib.
Təcrübəli futbolçu ötən mövsüm 27 oyunda 12 qol vurub, 6 assist edib.