Baş məşqçi açıqlamasına görə qovuldu

Türkiyə Super Liqa təmsilçisi "Ankaragücü" baş məşqçisi Mustafa Reşit Akçayla yollarını ayırıb. Newsport.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin prezidenti Fatih Mert məlumat verib. 
 
Klub rəhbəri baş məşqçinin müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini söyləyib. O, Akçayın verdiyi açıqlamaya görə göndərildiyini bildirib. 
 
Qeyd edək ki, Mustafa Reşit Akçay daha öncə sabiq komandası "Trabzonspor"un çempion olmasını istədiyi söyləyib. "Ankaragücü" növbəti həftə "Trabzonspor"un qonağı olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right