"Bavariya"nın futbolçusu Lukas Hernandes karyerasını Fransada davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, PSJ 24 yaşlı müdafiəçi ilə maraqlanır. Bildirilib ki, Paris təmsilçisi onu klubdan ayrılacağı gözlənilən Tiaqo Silvanın əvəzləyicisi hesab edir. PSJ-nin artıq fransalı oyunçunun agenti ilə əlaqə saxladığı vurğulanıb.
Qeyd edək ki, L.Hernandes bu mövsüm Bundesliqada 16 matçda meydana çıxıb.